Dünya birjalarında Brent markalı neftin dəyəri $50-dən də aşağı düşüb.
Banker.az bildirir ki, Bakı vaxtı ilə 11:30 radələrində Londonun ICE qitələrarası birjasında Brent markalı xam neftin 1 barelinin dəyəri sessiya ərzində $2.04, yəni, 3.98% ucuzlaşaraq $49.67 səviyyəsində ticarət olunur.
Qərbi texas neftinin (WTI) bir barelinin dəyəri $44.76 səviyyəsindədir.