ABŞ prezidentliyinə namizədlərin sayı azalıb. Pit Butticiç namizədliyini geri götürdüyünü bildirib. Xatırladaq ki, Pit Butticiç ABŞ-ın İndiana ştatının Saut-Bend şəhərinin keçmiş meridir. Onun sözlərinə görə, belə bir qərarın əsas səbəbi Cənubi Karolinadakı praymrelizdə “sarsıdıcı məğlubiyyət” olub.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, ABŞ-ın dörd ştatında Berni Sanders və Co Bayden liderlik edirlər.