8 C
Baku
Friday, December 13, 2024

İraqın baş naziri istefa verdi

İraqın baş naziri təyin olunan Məhəmməd Təhviq Əlavi vəzifəsindən imtina edib.

Bu barədə “Al Sumaria” telekanalı xəbər yayıb.

Bildirilir ki, hökumətin yeni tərkibinin parlament tərəfindən təsdiqlənməməsindən sonra Əlavi ölkə prezidenti Bərham Salehə istefası barədə məktub göndərib.

Qeyd edək ki, kvorumun olmaması səbəbindən bazar günü hökumətin yeni tərkibi barədə səsvermə baş tutmayıb.

Parlamentin 329 deputatından yalnız 108-i iclasa qatılıb. Hökumətə etimad üçün isə 165 deputatın dəstəyi lazımdır.

Əlavinin təklif etdiyi namizədlərdən narazı qalan siyasi bloklar iclası boykot ediblər.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər