“Twitter” şirkətinin işçilərinə yeni COVID-19 koronavirusun yayılmasının qarşısını almaq üçün evdən işləmək tövsiyə olunub.
Banker.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi bloqunda məlumat verilib.
Kadrlar şöbəsinin rəhbəri Cennifer Kristi qeyd edir ki, məhdudlaşdırıcı tədbirlər “Twitter” in Hong-Kong, Cənubi Koreya və Yaponiyadakı işçilərinə şamil olunur.
Xatırladaq ki, martın 1-də “Twitter” rəhbərliyi işçilərinə “təcili olmayan” səfərlərə getməsinə qarşı məhdudiyyətlər tətbiq etmişdir. Yeni COVID-2019 koronavirusu Çinin Uxan şəhərində 2019-cu ilin dekabr ayının sonlarında aşkarlanıb. Hal-hazırda, dünyanın 64 ölkəsində 80 mindən çox insan yoluxan var.