9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan antivirus proqramının beta-versiyasını yaxın bir aya təqdim edəcək

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin İnsidentlərinə qarşı Mübarizə Mərkəzi zərərvericilərin analizi üçün hazırladığı MAX (“Malware Analyser XRScan”) proqram təminatının beta-versiyası yaxın bir ay ərzində istifadəyə veriləcək.

Bunu  Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, MAX standart antivirus funksiyası daşıyacaq və üç dilə lokallaşdırılacaq (Azərbaycan, rus və ingilis).

O həmçinin əlavə edib ki, Mərkəz hazırda hazırladığı “XRScan” mühərriki üzrə bir sıra yoxlama və test əməliyyatları, o cümlədən proqram təminatının lisenziyalaşdırılması məsələləri üzərində işləyir.

İlkin olaraq şərti adı MAX adlandırılan bu tətbiqin əsas funksionallığı Mərkəzin “Malware Lab”ın daha öncə istifadəyə verdiyi MEL və MAK tətbiqlərindən fərqli olaraq texniki bazası olmayan istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multifunksional (virus aşkarlama mühərriki – XRScaner, proses analiz modulu, trafik analiz modulu, zərərverici raportlama – “malware reporting”, məlumatlandırma modulu – “CERT news” və s.) analiz imkanlarından ibarət olacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər