Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş Naziri vəzifəsindən azad edib.
Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib.
Baş Nazir vəzifəsindən azad edildikdən sonra hökumət üzvləri sessiyanı tərk edib.
Qeyd edək ki, A.Qonçaruk Ali Radaya istefa ərizəsi təqdim edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski yeni Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb. V.Zelenski bu təkliflə “Xalqın xidmətçisi” partiyasının sessiyasında çıxış edib. İclasda partiya üzvləri Şmıqalın Baş Nazir vəzifəsinə seçilməsinə müsbət cavab verib.
Modern