10 C
Baku
Thursday, December 12, 2024

Pul köçürmə sistemləri Çinə göndərilən pullarla bağlı açıqlama verdi

“Western Union” və “Zolotaya Korona” pul köçürmə sistemləri Çinə göndərilən pullarla bağlı açıqlama verib. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq, Çin bankları şöbələrini bağlayırlar ki, bu da pul köçürmə sistemlərinin işinə mane olur.

Banker.az xəbər verir ki, bu haqda sistem nümayəndələri və əlaqə mərkəzlərin operatorları məlumat verib.

“Western Union” öz saytında qeyd edir ki, COVID-19 virusunun yayıldığı bölgələrdə göndərilən pulu almaq imkanı məhdud ola bilər. Pul köçürmə sistemin nümayəndəsi müştərilərə pulu rəqəmsal kanallar vasitəsilə göndərməyi (və ya almağı) tövsiyə edib.

“Zolotaya Korona” nın mətbuat xidməti Çindəki bəzi xidmət mərkəzlərinin sıradan çıxdığı barədə məlumat verib. Pul köçürmələri ilə əlaqəli problemlər, göndərilən vəsaitlərin həcminin azalmasına gətirib çıxarıb.

Hər iki sistemdə rast gəlinən çətinliklərin coğrafiyasını və maliyyə həcmlərini dəqiqləşdirmək mümkün olmayıb. Müştərilər problemlərini həll etmək üçün yerli tərəfdaş olan “Postal Savings Bank of China” bankının qaynar xəttinə zəng edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər