“Starbucks” qəhvəxana şəbəkəsi ABŞ və Kanadada fərdi fincanlardan istifadəni müvəqqəti olaraq qadağan edir, bu haqda şirkətin saytında deyilir. Bu qərar yeni növ koronavirusla mübarizə məqsədilə qəbul edilib.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
“Starbucks” öz fincanı ilə gələn qonaqlara endirimlər təqdim etməyə davam edəcək. Şirkətin icraçı vitse-prezidenti Rossann Uilyamsın verdiyi məlumata görə, bundan sonra qəhvə yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulan fincanlarda satılacaq.
Xatırladaq ki, şirkət bu endirim kompaniyasına 1985-ci ildən başlayıb və əsas məqsədi ziyarətçilərin kağız stəkanlarından istifadəsini azaltmaq olub.
Fevral ayının sonunda “Starbucks” şəbəkəsinin Çindəki müəssisələrinin 85%-i fəaliyyətini bərpa etmişdir.