10 C
Baku
Wednesday, December 11, 2024

Neftçalaya 30 yaşlı icra başçısı təyin edildi

MirHəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə Banker.az Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2020-ci il tarixinə olan sərəncamına istinad edir.

MirHəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən MirHəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBA magistr dərəcəsi əldə edib.

2017 -ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir. 2017 – ci il 21 sentyabr tarixindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Müşahidə Şurasının üzvüdür. 2018-ci ilin 8 yanvarından etibarən MirHəsən Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə, 2019-cu ilin 13 oktyabr tarixindən etibarən Türk Şurası Gənclər Platformasının Prezidenti vəzifəsinə təyin olunmuşdur. 2019 – cu ilin 22 oktyabr tarixindən etibarən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü vəzifəsinə təyin olunub.

XATIRLATMA

Bu vəzifəni 2011-ci ildən 2020-ci ilin fevralına qədər İsmayıl Vəliyev tuturdu. 2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat keçirib. İsmayıl Vəliyev büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə doldurmaq kimi əməllərə yanaşı rayonu da özünün feodal mülkünə çevirib. Buna görə də o həbs edilib və vəzifəsindən azad edilib.

Son xəbərlər
Digər xəbərlər