“Goldman Sachs” ın keçmiş top-meneceri Maykl Şervud Böyük Britaniyanın “Revolut” fintex startapının direktorlar şurasına daxil olub.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, Şervud “Goldman Sachs” da 30 il çalışıb. O, “Goldman Sachs” ın ən gənc əməkdaşlarından biri olub, bir müddətdən sonra isə bankın ticarət və beynəlxalq şöbələrinə rəhbərlik etməyə başlayıb. Maykl Şervud bankın keçən il vəzifəsini tərk edən Lloyd Bankfeynin “sağ əli” hesab olunurdu. 2019-cu ilin yayına “Financial Times” nəşriyyatı “Revoult” un qlobal bank yaratmaq məqsədilə “Goldman Sachs”, “Deutsche Bank” və “Credit Suisse” mühacirlərini işə götürmək istədiyini haqqında yazmışdır.
Fevral ayında “Revolut” 5,5 milyard dollarlıq qiymətləndirmə ilə 500 milyon dollar cəlb etmişdir.