7 C
Baku
Sunday, December 15, 2024

Rusiya Mərkəzi Bankı neftin qiymətinin düşməsi ilə bağlı planını açıqladı

Rusiya Bankı 30 gün ərzində büdcə qaydası mexanizminin tətbiqi çərçivəsində daxili bazarda xarici valyuta almamaq qərarına gəlib.

Banker.az“Kommersant”a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı maliyyə sabitliyini qorumaq üçün əlavə vasitələrdən istifadə etməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, Brent markalı neftin qiyməti təxminən 30 faizə düşüb. Qara qızılın ardınca Rusiya valyutasının məzənnəsi ucuzlaşaraq, 2016-cı ilin yekunlarını təzələyib. Beynəlxalq Forex bazarında rubla qarşı dollar 73,5 rubl, avro isə 84 rubla yaxınlaşıb.

Mərkəzi Bank 2020-ci ilin mart ayı ərzində müşahidə ediləcək maliyyə bazarlarında mövcud vəziyyətə diqqət yetirərək valyuta ilə əməliyyatları bərpa etməyə qərar verəcək. “Rusiya Bankı maliyyə bazarındakı vəziyyəti izləyir və maliyyə sabitliyini qorumaq üçün əlavə vasitələrdən istifadə etməyə hazırdır”.

Son xəbərlər
Digər xəbərlər