“GoldenPay”ə yeni rəhbər təyin edildi

Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” MMC və ya “GoldenPay”in rəhbərliyində kadr dəyişikliyi baş verib.

Banker.az-ın məlumatına görə, Zaur Bayramov Yusif oğlu Goldenpay-ə yeni baş icraçı direktor təyin olunub.

Bu vəzifədə o, Eynar Abdullayevi əvəz edib. E.Abdullayev isə Müşahidə Şurasının üzvü təyin edilib.

Bildirək ki, Zaur Bayramov Müşahidə Şurasının üzvü olub.

Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan Goldenpay 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. 17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən Goldenpay-ə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində isə şirkət “Azerconnect Group”un tərkibinə daxil olub. Goldenpay şirkəti 13 fevral 2026-cı il tarixində təşkilati-hüquqi formasını Açıq Səhmdar Cəmiyyətindən (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) dəyişdirmişdir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər