2 C
Baku
Saturday, December 14, 2024

Daha iki azərbaycanlıda koronavirus aşkarlandı – RƏSMİ

İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Banker.az Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahından məlumat verilib.
Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan  pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının  səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir. 
Qeyd edək ki, rəsmi məlumata əsasən, bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 11-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər