“Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Park ərazisində ucaldılacaq”.
Bu barədə M.Maqomayevin heykəlini hazırlayacaq Xalq rəssamı, heykəltəraş Ömər Eldarov məlumat verib.
Ö.Eldarovun sözlərinə görə, artıq heykəlin layihələndirilməsinə başlanıb:
“Heykəlin müəllifi kimi deyə bilərəm ki, abidə üçün ən münasib yer kimi Dənizkənarı Milli Park ərazisini nəzərdə tutmuşuq. Hələ ki, heykəlin modelini hazırlamamışam. Təxminən 5-6 ay ərzində eskizi tamamlayacağam. İlkin olaraq heykəlin hündürlüyünün 3 metrə yaxın olacağını deyə bilərəm. Abidənin tam hazır olacağı tarixi söyləmək hələ tezdir”.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalanıb.
©Oxu.az