Macarıstandan Azərbaycana təyyarə reysi gözlənilmədən təxirə salınıb.
Yerli vaxtla saat 23:45-də Bakıya W6 2499 reysi ilə uçuş planlaşdırılıb. Amma uçuşa 3 saat qalmış reys təxirə salınıb.

Hazırda Avropada qalan azərbaycanlıların aqibəti bəlli deyil.
Çətin vəziyyətdə qalan soydaşlarımız konsulla görüşü tələb edib. Lakin səfirliyin nümayəndəsi problemi aradan qaldıracağına söz verib. O, vəd verib ki, sabah özü problemi həll etməyə çalışacaq.
©Report


                                    





