2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578,0 milyon manat təşkil etmişdir. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artmış, neft-qaz sektorunda isə 2,1 faiz azalmışdır.
ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 263,7 manata bərabər olmuşdur.