“Koronavirus epidemiyasına görə ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür”.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti bəyan edib.
“Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk. Xahiş olunur təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik”, – bəyanatda qeyd olunub.
©Report