2 C
Baku
Saturday, December 14, 2024

Bank of America: “Tənəzzül artıq burdadır – İşlər itiriləcək, sərvət məhv olacaq”

Bank of America, cümə axşamı investorlara koronavirus səbəb olan tənəzzülün qarşısını almağın mümkün olmadığını və onun artıq başladığını xəbərdar edib.

Banker.az xəbər verir ki, “Biz rəsmi olaraq iqtisadiyyatın tənəzzülə uğradığını elan edirik … ” deyə Bank of America U.S. iqtisadçı Mişel Meyer qeyd etdi. “İşlər itiriləcək, var-dövlət məhv olacaq və inam azalacaq.”

Həmçinin kinci rübdə 12% azalaraq iqtisadiyyatın “çökəcəyi” və 2020-ci il üçün ÜDM-in 0.8% azalacağını gözləyir.

Bank of America, əmək bazarını “iqtisadi şokun böyüklüyünü” başa düşmək üçün nəzərdən keçirdir. İşsizlik nisbətinin təxminən ikiqat artacağını, ikinci rübün hər ayında təxminən 1 milyon iş, cəmi 3.5 milyon işin itiriləcəyini gözləyir.

“Baxmayaraq ki, tənəzzül ciddi olsa da, bunun kifayət qədər qısa müddətdə olacağına inanırıq” deyə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər