Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,670 milyard ABŞ dolları, yaxud 2,5% azalaraq 104,165 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 31,690 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 5 milyon ABŞ dolları, yaxud 0,01% azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,665 milyard ABŞ dolları, yaxud 3,6% azalaraq 72,475 milyard ABŞ dolları təşkil edib.
©Report








