Yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 milyon manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb.
Banker.az Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə qeyri-həyat sığorta bazarı 3,4% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 milyon manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 milyon avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 milyon manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Bu ilin ilk 6 ayında isə sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 milyon manatı qeyri-həyat sığortasının payına düşüb.
Qeyri-həyat sığortası üzrə ödənişləri aşağıdakı kimi bölünmüşdür.
Tibbi sığorta üzrə – 37,2% və ya 23 mln manat;
Kasko sığorta üzrə – 21,4% və ya 13,2 mln manat;
Avtomobillərin icbari sığortası üzrə – 21,4% və ya 13,2 mln manat;
Əmlakın yanğından və digər risklərdən sığorta üzrə -9,4% və yaxud 5,8 mln manat;
Daşınmaz əmlakın icbari sığortası üzrə – 1,6% və ya 1 mln manat;
Qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.