“COVID-19 ilə mübarizə aparan və ticarət gərginliklərindən qurtlumğama çalışan Şərqi Asiya və Sakit Oken regionun inkişaf etməkdə olan ölkələri, qlobal maliyyə şoku və tənəzzül ilə üzləşmək pesrpektivi ilə üz-üzədir”, – Dünya Bankının yeni araşdırmasında deyilir.
Banker.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Beynəlxalq kreditor region ölkələrin iqtisadi artımına dair qiymətləndirmələrini yenidən baxıb. Qeyd edildiyi kimi, 2020-ci ildə Asiya-Sakit Okean ölkələrində ÜDM-un artım tempi 2,1% təşkil edəcək. Xatırladaq ki, 2019-cu ildə bu göstərici 5,8% olmuşdur.
Xüsusilə Çinin artım perspektivləri nəzərdən keçirilib. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Çinin iqtisadi artım tempi 2,3%-ə qədər yavaşlayacaqdır.
“Pandemiyanın qarşısının alınması regionda davamlı sağlamlaşmanı təmin etməyə imkan verəcəkdir”, – bankın hesabatında deyilir.
Bununla yanaşı, iqtisadçılar yoxsul insanların sayının artacağını vurğulayırlar (gündəlik gəliri 5,5 dollardan aşağı olan insanların sayı).
“Bu təhlükəyə qarşı ən effektiv peyvənd daha dərin beynəlxalq əməkdaşlıq olmalıdır. Şərqi Asiya, Sakit Okean və digər regionlar bu xəstəliyə qarşı birlikdə mübarizə aparmalı, açıq ticarət prinsipinə riayət etməli və makroiqtisadi siyasətləri əlaqələndirməlidirlər”, – deyə Dünya Bankının Şərqi Asiya və Sakit Okean üzrə baş iqtisadçısı Aditya Mattu bildirib.