İngiltərə Xarici İşlər Naziri Dominic Raab, koronavirusun yayılması səbəbiylə xaricdə qalan Britaniya vətəndaşlarına kömək üçün 75 milyon funt strelinq yardım fondu elan etdi.
Çində baş verən və bütün dünyaya təsir edən korona virusunun epidemiyası həyata mənfi təsir etməyə davam edir. Koronavirus epidemiyası səbəbindən bir çox ölkələr xarici sərhədi bağlayarkən beynəlxalq uçuşları dayandırıb
Banker.az xəbər verir ki, İngiltərə xaricdə qalan Britaniya vətəndaşlarını xilas etmək üçün 75 milyon funt sterlinq yardım fondu elan etdi. İngiltərə Xarici İşlər Naziri Dominic Raab, hökumət və aviaşirkətlər arasında ticarət uçuşlarının mümkün olmadığı ölkələrdə qapalı qalan on minlərlə Britaniya vətəndaşının geri qaytarılması üçün yeni bir tənzimləmə ediləcəyini söyləyib.
Xarici İşlər Naziri, ticarət uçuşlarının davam etdiyi ölkələrdə vətəndaşları gözləməmələrini və biletlərini ən qısa müddətdə almalarını istəyib.Bütün uçuşların dayandırıldığı ölkələrdə vətəndaşların evlərinə qayıtması üçün xüsusi uçuşların ediləcəyini vurğulayan Raab, bu uçuşların hökumət tərəfindən maddi dəstəklənəcəyini vurğuladı.