Azərbaycanda enerji şirkətinin nizamnamə kapitalı 55 mln. manata qaldırılıb

“Clean Energy İnvest” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 50,14 milyon manatdan 54,9 milyon manata çatdırılıb. Beləliklə, kapital 4,76 milyon manat və ya 9,5% artırılıb.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı bundan əvvəl də artırılıb. Belə ki, 2026-cı il iyunda kapital 34,69 milyon manatdan 50,14 milyon manata yüksəldilmişdi.

“Clean Energy İnvest” MMC-nin direktoru Xəyala Mübariz qızı Nağıyevadır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-dür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər