“Union Lizinq” ASC 5 mln. manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu həftə QKDK lizinq şirkətinin təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 5000 ədəd istiqraza bölünüb.
İstiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək.