7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bankomatların sayı azalmağa başlayıb

2020-ci ilin fevral ayında Azərbaycanda banklar tərəfindən 2658 bankomat quraşdırılıb ki, bu da 2019- cu ilin müvafiq dövrünə nisbətən 5,3% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin yanvarında isə cəmi bankomatların sayı 2 659 olub. Belə ki, aylıq müqayisədə bankomat bağlanıb.

Bakıda fevral ayında bankomatların sayı 1 438, regionlarda isə 1 220 olub. İllik müqayisədə Bakıda bankomatların sayı 7%, regionlarda olan bankomatların sayı isə 3,3% artıb.

Bu ilin fevralında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 70 090 ədəd təşkil edib. Belə ki, ötən ilin analoji dövrüylə müqayisədə quraşdırılan pos-terminalların sayı 6,2% artıb.

Bununla yanaşı, Bakıda 42 706 ədəd (artım 9,3%), regionlarda 27 384 ədəd (artım 1,7%) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində isə 68 622 ədəd pos-terminal  quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər