Bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 076 041 404 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% azdır.
BFB-dən verilən məlumata görə, hesabat dövründə dövlət qiymətli kağızlar bazarı illik ifadədə 4,1 dəfə azalaraq 887 902 489 manat, korporativ qiymətli kağızlar bazarı 9,4 dəfə artaraq 765 676 981 manat, repo əməliyyatları isə 4,2 artaraq 422 461 934 manat təşkil edib.