Tramp: ABŞ-a neft idxalına rüsum tətbiq edilə bilər

ABŞ prezidenti Donald Tramp ölkənin enerji sektorunu qorumaq üçün neft idxalı ilə əlaqədar rüsumlar tətbiq edə biləcəyini deyib.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə brifinq zamanı bildirib.

D.Tramp deyib: “Mən həqiqətən [Amerika] enerji sahəmizə inanıram, buna diqqət yetirməliyik. Neft idxalı ilə bağlı rüsumlar tətbiq etməli olsam, bunu minlərlə, on minlərlə işçi və şirkətlərimizi qorumaq üçün edəcəyəm”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər