BANKER.AZ/ İqtisadiyyatların koronavirus pandemiyasının səbəbindən üzləşdiyi ağrı 2008-ci ilin maliyyə böhranından daha ağır olacağı artıq bir sıra böyük ölkələrin liderləri tərəfindən xəbərdarlıq edilib. Özəl şirkət və ev təsərrüfatlarının təsiri bir qədər azaltmaq üçün liderlər fiskal cavabları gücləndirilməsi və nəzarətdə olmasına həssas yanaşılmasını vacib sayırlar.
Artıq bununla bağlı bir sıra ölkələr tədbirlər planı hazırlamaqla bir sıra təxirəsalınmaz tədbirlər hazırlayıblar. Yeri gəlmişkən Azərbaycan (Prezidentin 19 mart sərəncamı ilə) pandemiynın iqtisadiyyatımıza təsirirnin azalması üçün 1 mlrd. manat (588,24 dollar)həcmində dövlət büdcəsində vəsait ayrılıb. Paketə pandemiyadan zərər çəkmiş biznesnesin biznes kreditlərinin ödənişi və zəmanəti – 500 mln. manat, sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün isə 215 mln. manat ödnilməsi nəzərdə tutulub.
Avrozonanın maliyyə naziri deyib ki, onlar böhrana qarşı “döyüşün” fiskal tədbirlərin ölçüsü ÜDM-nin 2%-nə bərabər olmaqla, dövlət zəmanəti və ÜDM-nin 13%-I həcmində təxirə salınmış vergilər paketi, diferensial vergi ödənişi kimi tədbirlər planının olacağını açıqlayırlar.
Digər ölkələr isə vətəndaşlarına pul səpirlər – məsələn, bu siyahıda hər Hon-Konq kimi hər bir adama 10 000 Honk-Konq dollar (1290 ABŞ dollar) verməyi planlayan ölkəni daxil etmək olar. Sinqapur hökuməti koronavirusun yayılması şəraitində hərəkətinə məhdudiyyət qoyulmuş 21 yaşdan yuxarı hər vətəndaşa dəstək olaraq 1100 dollar (1600 Sinqapur dolları) ayırıb. Avropada çox az qismi [iqtisadçılar] bu analoji addımın bu qitənin ölkələrində də karantin və fövqəladə vəziyyətdə olub küçəyə çıxa bilməyənlər üçün düzgün bir an olmadığı düşünürlər.
Dünya ölkələrinin anonsları əsasında bu tədbirlər paketi hazırlanıb:
Almaniya
- Hökumət 2020-ci ildə yaranmış vəziyyətə görə əlavə 156 milyard avro ($168.5) büdcədən vəsait ayırıb. Bunun 50 milyard avrosu birbaşa bank kreditlərinin ödəniş qabiliyyətini itirmiş kiçik biznes və fərdi sahibkarlara qarantın ayrılmasıdır. Beş nəfərə qədər işçisi olan şirkətlərə üç ay ərzində 9 000 avro ödəniləcək. 10 nəfərə qədər işçisi olanlar 15.000 avro əldə edəcəklər.
- Berlin, pandemiya səbəbiylə çətinlik çəkən işçi sayı 250-dən olan böyük şirkətləri yenidən kapitallaşdırmaq üçün 500 milyard avro yardım fondu qurur. Bu cür firmalarda pay almaq da səlahiyyətə sahib olacaqdır.
Fransa
- Fransa prezidenti Emmanuel Macron, koronavirus pandemiyasından təsirlənən şirkətlər və işçilərə məhdudiyyətsiz büdcə dəstəyi vəd edir. Ölkənin maliyyə naziri Bruno Le Maire bu strategiyanın 45 milyard avroya başa gələcəyini bildirir.
- Makron həmin şirkətlərin işçilərin müvəqqəti təminatını təmin etmək üçün ödənişlər edilcəyini bildirir.
- Maliyyə naziri Le Maire həmçinin dövlətin 300 milyard avroluq biznes üzrə bank kreditlərinə zəmanəti də paketə daxil edib.
- Maliyyə Nazirliyi bazar ertəsi bəzi yeni subsidiyaları idarə etmək üçün həmrəylik fondu yaradıb.
İtaliya
- İtaliyanın İqtisadiyyat naziri Roberto Gualtier “heç kimin meydanda tək buraxılmayacağını” söz verib – rəsmi Roma artıq 25 milyard avroluq fondla maliyyə xilasetmə tədbirlər planın hazırlandığını bəyan edir.
- Əsas tədbirlər İtaliyanın səhiyyə sistemi üçün 1,15 milyard avro və ölkənin koronavirus reaksiyasının təşkili üçün mülki müdafiə agentliyi üçün 1,5 milyard avro təmin etməkdir.
- Tədbirlər planında fərdi sahibkarların hər birinin işçilər qarşısında öhdəliyinə görə 500 avro (işçilərinə vermə) karantin rejimi dövründə verəcəyini vəd edir.
İspaniya
- İspaniya hökumətinin elan etdiyi tədbirlər planını, Baş nazir Pedro Sançes açıqlayaraq bildirib ki, koronavirus böhranı iqtisadiyyata təsirinə qarşı “ölkənin demokratik tarixində ən böyük səfərbərliyi” adlandırb. Hökumət tədbirlər planın ən böyük hissəsi, xüsusilə kiçik və orta şirkətlər üçün likvidliyi təmin etmək məqsədi ilə biznes üçün 100 milyard avro dövlət kredit zəmanəti ayırır.
- Digər öhdəliyinin həcmi 17 milyard avro təşkil edəcək. Kredit zəmanəti ilə cəlb olunan fərdi pullar da daxil olmaqla bütün paket 200 milyard avronu əhatə edir.
- Baş nazir böhran səbəbindən böhranla üzləşən insanlar üçün ipoteka ödənişlərinə moratorium və kommunal xidmətlər üçün oxşar moratorium elan edib.
Böyük Britaniya
- Ölkənin nazirləri açıqlama yayıb bildiriblər ki, müharibə müddətində təşkil edilən gündəlik baş verə biləcəklər anında reaksiyalar verəcəyini bildirirlər.
- Ölkənin tədbirlər planında 50 milyard funt sterlinq (61.5 milyard dollar) həcminə qədər çatacağını ehtimal edir.
Gürcüstan
- Gürcüstan iqtisadiyyatına 2 milyard lari məbləğində yardım ayrılıb. Baş nazir Giorgi Qaxaria bildirib ki, koronavirusla mübarizə üçün böhran büdcəsində 351 milyon lari nəzərdə tutulub.
Rusiya
- Rusiya iqtisadiyyatını koronavirus şokundan qorumağa çalışmaq üçün 150 milyard dollar anti-böhran tədbirlərinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlaya bilər ki, bu da Suveren fondun 10%-I deməkdir.
- Rəsmən sonuncu dəfə 4 milyard dollar anti-virus tədbiri hazırlandığı açıqlanıb.
Türkiyə
- Türkiyə prezidenti pandemiyanın iqtisadiyyata təsirinin azaldılması üçün 15,5 milyard dollar dəyərində paket hazırlandığını açıqlayıb.
Qazaxıstan
- Qazaxıstan prezidenti ötən ayın əvvəli COVID-19 hələ sərhəddə çatmamış elan etmişdi ki, iqtisadi sabitlik üçün 300 milyard təngə (740 milyon dollar) tədbirlər paketi hazırladığını açıqlasa da sonradan rəsmi olar hər hansısa açıqlama gəlməyib.
Yaponiya
- Yaponiya hökuməti iqtisadiyyata təsirlərin bir qədər azaldılması üçün 1 trilyon dollara yaxın (108 trilyon yen) vəsait yönəldəcək.
- Paketin 26 trilyon yeni kiçik biznes, fərdi sahibkarlar və ev təsərrüfatlarının yönəldilməsi nəzərdə tutulub.
- Ölkə həmçinin aylıq gəlirləri 300 000 yenidən az olan ev təsərrüfatlarına virus pandemiyasının təsiri olduğu halda tədbirlər planı olacağını da paketə daxil edib.
ABŞ
- Tramp administrasiyası və Konqres koronavirusun yayılmasında öhdəsindən gəlməsinə kömək etmək üçün 2 trilyon dollarlıq stimul paketi ilə hazırlanıb.
- Tədbirlər paketinə hər bir uşaq üçün 500 dollar və böyüklər üçün isə 1 200 dollar hər birinə aylıq birbaşa vəsait ayırıb. Bu da hər bir böyük üçün illik 75 000 dollar illik və cütlüklər üçün isə 150 000 dollar gəlir olması deməkdir.
- Kiçik biznesin 367 milyard dollar həcmində olan öhdəliyi vardır ki, bununla bağlı dövlət tədbirlər planı hazırlayıb. Sahibkarlar növbəti altı ay ərzində işçilərinin böyük əksəriyyətini saxlasalar, pulu geri ödəməli deyillər.
- Bundan əlavə orta və böyük biznes üçün 454 milyard dollarlıq fonddan pul ayrılacağı da gündəmdədir.
- Bundan əlavə, qanunvericilik aviaşirkətlərə kreditlər və qrantlar hesabına 58 milyard dollar yardım etməyi nəzərdə tutur. Milli təhlükəsizliyi qorumaq üçün vacib olan şirkətlərə yardım etmək üçün əlavə 17 milyard dollar ayrılması nəzərdə tutulur.