9 C
Baku
Thursday, December 12, 2024

Ağ Ev koronavirus xəzinə istiqrazlarının buraxılması məsələsini nəzərdən keçirir

Ağ Evin məsləhətçiləri ABŞ -ın koronavirus ilə əlaqəli istiqrazlarının buraxılması imkanlarını müzakirə edirlər.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

“Biz bu məsələni nəzərdən keçiririk, görək hansı nəticə əldə edəcəyik”, – iqtisadi məsələlər üzrə məsləhətçi Larri Kadlou Ağ Evin jurnalistlərinə bildirib.

“Bu, Amerikanın səhiyyə və təhlükəsizlik sahələri, habelə iqtisadiyyatı üçün uzunmüddətli investisiya olacaq”, – daha əvvəl Kadlou CNBC-yə verdiyi müsahibədə söyləyib.

“Mənim fikrimcə, bütün texniki mülahizələri kənara qoysaq, bu konsepsiya tamamilə düzgündür”, – o əlavə edir.

Kadlou vurğulayır ki, FED koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün müəyyən tədbirlər görəcək.

FED-in balans hesabatı mart ayının sonunda rekord səviyyəyə – 5,3 trilyon dollara çatıb, çünki tənzimləyici koronavirus pandemiyası dövründə iqtisadiyyatı dəstəkləmək üçün artıq müəyyən tədbirlər görüb.

Son xəbərlər
Digər xəbərlər