5 C
Baku
Saturday, December 14, 2024

Neftin ucuzlaşmasını görən ‘Total’ üç ölkədən çıxır

“Total” neft qiymətlərinin aşağı olduğu mühit şəraitində uyğun olaraq Bruney, Sierra Leone və Liberiyadakı “əsas olmayan” aktivlərinin satışını elan edib. Banker.az bildirir ki, bununla bağlı Reuters yazır.

Fransız enerji şirkətlər qrupu elan edib ki, aktivlərinin qlobal bazardakı ümumi dəyəri 400 mln. Dollardan çoxdur.

Şirkət açıqlama verib ki, artıq satacağı törəmə şirkəti “Total E&P Deep Offshore Borneo BV” üçün artıq müştəri vardır. Bu Britaniya-Niderland enerji şirkəti olan “Shell”dir.

 “Total” Sierra Leone və Liberiyadakı törəməsini isə “Conex Oil & Gas Holdings” adlı enerji şirkətinə satmaqla bağlı razılaşma protokolu imzalayıb. Bununla “Total” Qərbi Afrikada satış və marketinq əməliyyatlarını keçirməklə neft məhsullarını dünya bazarlarına çıxarmalı olurdu.

Bildirək ki, uzun müddətdir ki, neft dünya birjalarında 30 dollardan aşağı dəyərdə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər