ABŞ neft hasilatının azaldılmasında iştirak etməkdən imtina edəcək. Banker.az xəbər verir ki, bu barədə Donald Tramp Ağ Evdə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Amerikanın neft sənayesi bazardakı vəziyyətə uyğun olaraq neft hasilatını “artıq avtomatik olaraq azaldıb”. Prezident OPEC+ müqaviləsini bəyənmədiyini və Rusiya ilə Səudiyyə Ərəbistanın təkbaşına ortaq razılığa gələ biləcəklərinə ümid etdiyini söyləyib.
“Yəqin ki, müqavilədən çox onları bəyənirəm”, – deyə Tramp bildirir.
Xatırladaq ki, OPEC+ iştirakçılarının iclası bu gün (9 aprel) keçirilməlidir.