2 C
Baku
Sunday, December 15, 2024

Aqrar-kreditləşməyə görə daha 30 mln. AZN ayrılır

Prezident İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.

Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manat ayrılsın.

Bildirək ki, bundan əvvəl Prezidentin sərəncamı ilə, mikrokreditlər üzrə məbləğin maksimal həddini 3 dəfə artırmaqla 15 000 manata kimi artırılmışdı.

Son xəbərlər
Digər xəbərlər