2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan çox məhsul istehsal olunub.
Bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.
Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın xammal emal olunaraq müvafiq məhsullar istehsal edilib.
Bildirilib ki, bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərəçarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib: “Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalıb, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlib. Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur”.
©Report