6 C
Baku
Sunday, December 15, 2024

Türkiyədədə hərbi xidmətə çağırış və tərxis dayandırılıb

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar koronavirus pandemiyası ərəfəsində müddətli həqiqi hərbi xidmətə çağırışdan danışıb.

O, ordu sıralarına çağırışın və tərxis məsələsi ilə bağlı müzakirələr aparıldığını bildirib.

H.Akar deyib ki, koronavirus pandemiyasının yayılması riskinə görə 53 min çağırışçının ordu sıralarına cəlb olunması və tərxisin bir ay müddətinə ertələnməsi məqəsədəuyğun sayılır.

Nazir həmçinin 2019-cu ilin noyabrında orduya çağırılanların koronavirus təhlükəsinə görə hərbi xidmətinin artırılacağını da vurğulayıb.

H.Akar yaxın zamanda bununla bağlı müvafiq sənədlərin prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcəyini də söyləyib.

©Report

Son xəbərlər
Digər xəbərlər