“NBC Bank” ASC shmlərinin növbəti emissiyasını həyata keçirib. Bununla da “NBC Bank” ASC-nin nizamnamə kapitalı 10 mln. manat artaraq, 46,5 mln. manata çatmışdır. Bu göstərici 2013-cü ilin yekunu ilə müqayisədə 27% artmışdır. Hesabat dövründə məcmu kapital isə 2013-cü ilin sonu ilə müqayisədə 26% artaraq 49.2 mln. manat təşkil etmişdir. Bununla da “NBC Bank” ASC, Mərkəzi Bankın məcmu kapital tələbini demək olar ki, yerinə yetirmişdir. Cari ilin sonuna bu məbləğ minimum 50 mln. manat təşkil edəcək.
“NBC Bank” ASC aktivlərinin həcmini 2014-ci il ilk yarısında 134,4 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 % çoxdur. Həmçinin, müvafiq dövrə Bankın depozit portfeli 57,9 mln. kredit portfeli isə 116,7 mln. manat təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfeli 13%, kredit portfeli isə 48% artmışdır.