BVF dünya iqtisadiyyatının “Böyük depressiya” dan bəri ən pis maliyyə böhranı ilə üzləşəcəyini gözləyir. Banker.az xəbər verir ki, mütəxəssislərin qiymətləndirmələrinə görə, qlobal eniş 3% təşkil edəcək.
“Çox güman ki, bu il dünya iqtisadiyyatının “Böyük depressiya” dan sonra ən pis tənəzzülə uğraması ehtimalı on il əvvəl maliyyə böhranı dövründə müşahidə olunan səviyyədən üstündür”, – deyə BVF-nun baş iqtisadçısı Hita Hopinat bildirir.
Qeyd edək ki, BVF yanvar ayında ÜDM artımının 3,4%-ə çatacağını gözləyirdisə, indi bu rəqəm 5,8%-ə yaxınlaşır.
Mütəxəssisin CNBC-yə verdiyi məlumata görə, hazırkı böhran təkcə iqtisadi siyasətdən deyil, eyni zamanda pandemiyadan da asılıdır.
Əlbəttə ki, bu gün müəyyən müsbət cəhətlər də var. Belə ki, ötən əsrin 30-cü illəri ilə müqayisədə indi səhiyyə sahəsindəki işlər daha yaxşıdır.
“İqtisadi cəbhədə düşünürəm ki, son instansiya kreditorların bazarlarda likvidliyi təmin etməsi, maliyyə siyasətinin şirkət və ev təsərrüfatlarını dəstəkləməsində mühüm rol oynana bilməsi vacibdir”, – Hopinat yazır.