2 C
Baku
Saturday, December 14, 2024

İlk rübdə ölkədə neft sektorun investisya artıb, qeyri-neftə isə azalıb

2020-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 milyard 929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olur.

İqtisadiyyata sərmayə qoyuluşunun artmasının əsas səbəbi, neft-qaz sektoru olub. Belə ki, ilin ilk rübü ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 21,0 milyon manatı və ya 69 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil etmişdir.

2020-ci ilin yanvar-mart aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında  “Asan Həyat” kompleksi, Goranboy və Qazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Son xəbərlər
Digər xəbərlər