18 C
Baku
Thursday, November 13, 2025

“Fitch” SOCAR-ın reytinq üzrə proqnozunu “mənfi”yə endirib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini (IDR) və emitentin təmin edilməmiş borc reytinqini “BB+” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “stabil”dən “mənfi”yə endirib. Reytinq üzrə proqnozun “mənfi”yə dəyişməsinin əsas səbəbi Azərbaycanın uzunmüddətli IDR-i üzrə proqnozun “stabil”dən “mənfi”yə endirilməsi olub. Qeyd edilir ki, şirkət tamamilə dövlətə məxsusdur, bu səbəblə də SOCAR-ın və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozu bərabər tutulur.

Bundan əlavə, “Fitch” SOCAR-ın avtonom kredit profilinin “b+” səviyyəsində qiymətləndirməyə davam edir, lakin COVID-19 virusunun pandemiyasının səbəb olduğu neft qiymətlərinin düşməsi 2020-2021-ci illərdə şirkətin leverecini məhdudlaşdırır.

Qeyd edək ki, “Fitch” SOCAR-ın leverec əmsalının stabil olaraq 6x altında qalması halda neft şirkətinin reytinq üzrə proqnozunun yaxşılaşdırmasına baxa bilər. SOCAR-ın reytinqi ilə bağlı mənfi ssenarini isə agentlik Azərbaycanın reytinqinin azaldığı təqdirdə ehtimal edir. APA

Son xəbərlər
Digər xəbərlər