13 C
Baku
Friday, November 15, 2024

Avstraliya hökuməti “Google” və “Facebook” u gəlirlərini bölüşməyə məcbur edəcək

Avstraliya hökuməti bir neçə ay ərzində “Facebook” və “Google” un yerli media şirkətləri ilə reklamdan əldə etdikləri gəlirləri bölüşməyə məcbur edən yeni qanun qəbul etmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə ölkənin baş xəzinədarı Coş Fridenberq bildirib. Beləliklə, Avtraliya rəqəmsal platformaların istifadə etdikləri kontent qarşılığında pul tələb edən ilk ölkə olacaq.

Qeyd edək ki, ölkənin onlayn-reklam bazarı ildə 9 milyard Avstraliya dolları (5,72 milyard ABŞ dolları) dəyərində qiymətləndirilir. Və onlayn-reklama xərclənən hər 100 Avstraliya dollarının üçdə biri “Google” və “Facebook” un payına düşür.
“Problem ondadır ki, onların istehlakçılara pulsuz olaraq təqdim etdikləri məlumatlar, bu kontentin yaradılmasına çoxlu pul qoyan insanlardan alınır”, – deyə Avstraliyanın radioyayım korporasiyasının nümayəndəsi bildirir.

“Facebook” un nümayəndələri “məcəllənin inkişaf etdirilməsi üzəridə çox çalışdıqlarını” və müəyyən edilmiş müddət ərzində bunu çatdıra bilmədiklərini bildiriblər. “Google” isə Avstraliya hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər