6 C
Baku
Sunday, December 15, 2024

Artıq şirkət əməkdaşları icazə ilə bağlı bildiriş alacaqlar

““icaze.gov.az” saytında yeni xidmət yaradılıb”

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bəzən təşkilatlar icazələri portala daxil etdikdən, yaxud icazəni dayandırandan sonra bu barədə əməkdaşlarına məlumat vermirdilər:

“Bu isə ona gətirib çıxardı ki, vətəndaş icazəsinin olmadığını postda saxlanılarkən bilirdi və cərimələnirdi. Belə halların yaranmaması üçün dünəndən “icaze.gov.az”ı “my.gov.az” portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı bildiriş alırlar. Yəni, “şəxsi kabinet”lərinə daxil olaraq öz icazələrinə baxa bilirlər”.

“Hətta həmin icazəni yükləyə bilərlər. İcazənin üstündə barkod və QR-kod imkanları da yaradılıb. Yəqin ki, sabahdan etibarən Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həmin QR-kodların xüsusi cihazlar vasitəsilə oxunması ilə postları daha sürətli keçməsi təmin olunacaq”, – deyə F.Cəfərov bildirib.

Son xəbərlər
Digər xəbərlər