15 C
Baku
Friday, November 15, 2024

Ekspert: iPhone tədarükü 20-25% azalacaq

“Apple” şirkətinin yeni iPhone SE smartfonu gözləniləndən daha yaxşı satılacaq. Banker.az xəbər verir ki, bu barədə “TF Securities” in analitiki çatdırılma müddətinin təhlili əsasında aparılan araşdırmada Minq-Çi Kuo məlumat verib.
Buna baxmayaraq, ekspert iyun ayının sonunda iPhone tədarükünün ötən ilin analoji dövrü ilə müqayisədə 20-25% azala biləcəyini proqnozlaşdırır.

Xatırladaq ki, fevral ayında “Apple” Çində tələbin düşməsi, habelə istehsal problemləri ilə əlaqədar olaraq mart ayında satış hədəflərinə çatmayacağını bildirmişdir. Lakin şirkətin bu açıqlaması pandemiyanın bütün dünya üzrə yayılmasından əvvəlki dövrə təsadüf edir.

Qeyd edək ki, pandemiyanın nəticələri “Apple” üçün xüsusilə ağrılıdır, çünki şirkətin istehsal gücü əsasən Çində cəmlənib.
“Ən böyük problem ondadır ki, Covid-19 ilk növbədə müştərilərin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək. İstehlakçılar bahalı smartfon modellərinə deyil, ucuz olanlara üstünlük verəcəklər”, – Kuo yazır.

İndiki dövrdə şirkət üçün beşinci nəsil simsiz şəbəkələrdən tam istifadə edə biləcək iPhone satışa buraxmaq vacibdir. Lakin bank analitikləri digər “Apple” cihazlarının il ərzində satışlarının azalacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər