Ağsu rayonunda cari ilin birinci rübündə ümumi məhsul buraxılışının həcmi 1,9 dəfə artıb.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, ilin ilk üç ayında ümumi məhsul buraxılışının həcmi 55,2 milyon manat təşkil edib. Rayon iqtisadiyyatının aparıcı sahələri olan sənaye, kənd təsərrüfatı və ticarətdə də artım qeydə alınıb.
©Azərtac