“Apple” münasib qiymətə olan smartfonlar sırasını geniş ekranlı model ilə tamamlamağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə “Apple” in ən görkəmli analitiklərindən biri Tatvanın “KGI Securities” şirkətindən olan Min-Çi Kuo məlumat verib.
Lakin onun sözlərinə görə, bu 2021-ci ildən tez baş verməyəcək. Yüksək qiymətli seqmentə daxil olan modelləri almağa hazır olmayan müştərilər, iPhone SE Plus smartfonuna maraq göstərə bilərlər. Gözlənildiyi kimi, bu model bahalı modellərlə – iPhone XR, iPhone 11 və gələcək iPhone 12 müqayisədə daha çox satılacaq.
iPhone SE Plus smartfonu iPhone 11 modelinə bənzəyəcək, bu barədə “MacRmors” yazır.
Xatırladaq ki, bir ay əvvəl “Apple” yeni iPhone SE modelini təqdim etmişdir. Cihaz görünüşcə iPhone 8 modelinə bənzəsə də, iPhone 11 Pro smartfonu ilə eyni prosessorla təchiz edilib. Qiymət 399 dollar təşkil edir.