Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə müqavilə bağladı.
Banker.az xəbər verir ki, müqavilədə Abşeron rayonu ərazisində 1 890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 42 №-li yaşayış binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 2 milyon 880 min 960 min manatdır.
Qeyd edək ki, “Konsept Holding” 2000-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 000 manatdır, qanuni təmsilçisi Tahir Hüseynovdur.
Xatırladaq ki, 2019-cu ilin dekabrında isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə 3 ədəd 5 mərtəbəli 60 mənzilli yeni yaşayış binaların ətrafında abadlıq və yaşıllaşdırma işləri üçün 600 min 764 manatlıq müqavilə imzalamışdır.







