Fiziki şəxslər “Günay Bank” ASC-yə depozit yerləşdirməsini artırdığı halda, hüquqi şəxslər isə geri çəkməli olub.
Banker.az bu barədə bankın cari ilin ilk rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.
1 aprel 2020-ci il tarixdə bankın depozit portfeli 36% artıb. Lakin, bu artımın əsas səbəbi fiziki şəxslərin banka yatırdığı əmanətlərin 52,82 mln. manatdan, 78,73 mln. manata artırması olub. Lakin, hüquqi şəxslər (şirkətlər, qurumlar) bankdakı əmanətlərinin 2,1%ni geri çəkməklə bu bölgü üzrə portfeli 17,31 mln. manata qədər azaldıb.
Bundan əlavə “Günay Bank”ın kredit təşkilatları və maliyyə institutları qarşısında borcu rüb ərzində 50,68 mln. manatdan 63,99 mln. manata qədər artmalı olub.
Hesabat dövrünün sonuna Bankın cəmi öhdəlikləri isə 160,77 mln. manat həcmindədir.