“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən tenderin nəticəsi məlum olub.
Banker.az xəbər verir ki, dövlət satınalması çərçivəsində Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında dövlət mənzil fonduna aid binaların təmiri nəzərdə tutulur.
Müsabiqənin qalibi “Xezer-Construction” MMC seçilib.
Şirkətlə bağlanmış müqavilənin dəyəri 23 478 461 manat təşkil edir.







