10 C
Baku
Thursday, December 12, 2024

“Alphabet” in rəhbəri 2019-cu ilin nəticələrinə görə $281 mln. mükafat aldı

“Alphabet” şirkətinin baş direktoru Sundar Piçai 2019-cu ilin nəticələrinə görə 280,6 milyon dollar mükafat alıb. Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasının (SEC) hesabatında deyilir.

Bu məbləğin böyük hissəsini (276,6 milyon dollar) “Alphabet” səhmlərinin gəlirliliyindən asılı olan şirkətin qiymətli kağızları təşkil edir. Bu, o deməkdir ki, Piçainin mükafatı həm göstəriləndən qat-qat çox, həm də qat-qat az ola bilər. Xatırladaq ki, Sundar Piçainin 2019-cu ildə gəliri 650 min dollar təşkil edib.

Piçainin mükafatlandırılması, onu dünyanın ən yüksək gəlirli rəhbərlərdən birinə çevirir, “Bloomberg” yazır. Qeyd edək ki, baş direktorun kompensasiyası “Alphabet” əməkdaşlarının illik gəlirini 1085 dəfə üstələyir.

Xatırladaq ki, Sundar Piçai “Google” şirkətinə 2015-ci ildən rəhbərlik edir. 2019-cu ildə o, “Alphabet” in baş direktoru vəzifəsinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər