“Klub mart ayına qədər bizə hər şeyi ödədi”.
“Cronica” nəşrinin verdiyi məlumata görə, bunu “Qəbələ”, “Keşlə” və “Neftçi”nin sabiq futbolçusu Derliz Meza Kolli deyib.
Hazırda Rumıniyanın “Petrolul Ployeşti” komandasında çıxış edən 32 yaşlı müdafiəçi apredən, dünyanın əksər komandalarında olduğu kimi, maaşların 50 faiz azalacağını bildirib.
Paraqvaylı oyunçu futbola və normal vəziyyətə qayıtmağın lazım olduğunu söyləyib.
Qeydb edək ki, Derliz Meza Kolli “Keşlə”də çıxış edən Sezar Meza Kollinin qardaşıdır.
Report