Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” müştərilərinə ləğv edilmiş avia reylslərin pulları qarşılığında 3 illik endirim kuponları təklif edəcək.
Bunu “Aeroflot”un sözçüsü Mixail Demin açıqlayıb.
“Vəziyyətin normallaşmasını gözləmək istəməyən sərnişinlər üçün bu qərarı verdik. Endirim şəklində, biletin tam qiyməti dəyərində kuponlar təqdim etməyi planlaşdırırıq”, – o bildirib.
O bildirib ki, bu proqram yalnız uçuşların ləğvi səbəbiylə uça bilməyən sərnişinlər üçün deyil, həm də epidemioloji vəziyyətin dəyişməsi səbəbindən səfəri öz istəyi ilə ləğv edənlərə də verilə bilər.
Qeyd edək ki, Rusiya koronavirus (COVID-19) pandemiyası səbəbi ilə martın 27-də digər ölkələrlə planlı və çarter reyslərini dayandırmışdı.