“Samsung” şirkəti “Galaxy A51” smartfonunun “5G” versiyasını təqdim edib.
“Samsung Galaxy A51 5G” smartfonu daxili “5G” modemə malik “Exynos 980” prosessoru, həmçinin 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 4500 milliamper/saat təşkil edir. Aparat 15 vattadək sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Digər xüsusiyyətlərinə görə “Galaxy A51 5G” versiyası orijinal modellə tamamilə eynidir: 1080p təsvir ölçülü 6,5 düymlük “Super AMOLED” displey və 4 kameradan (48 12 5 5 mp) ibarət blok.
Hələ ki yeni qurğu yalnız Cənubi Koreya sakinləri üçün əlçatandır. “Galaxy A51 5G” smartfonunun dəyəri 810 AZN civarındadır.